Paytaxtın Binəqədi rayonunda mebel sexində güclü yanğın başlayıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Binəqədi rayonunun “Baksol yolu” adlanan ərazisində mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb ediliblər.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

