Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Nizami rayonunda yanğın hadisəsi ilə əlaqədar olaraq iki təcili yardım briqadası cəlb olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 25 oktyabr 2024-cü il tarixində, saat 17:40-da Nizami rayonu ərazisindəki obyektlərin birində yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
“Hadisə yerinə iki təcili tibbi yardım briqadası göndərilib. Hələlik Təcili Tibbi Yardım briqadasına hər hansı xəsarət alan şəxslə bağlı müraciət daxil olmayıb” ,- məlumatda bildirilir.
Bakının Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bakının Nizami rayonunda başlayan yanğın davam edir.
Oxu.Az ərazidən yeni görüntüləri təqdim edir:
Paytaxtın Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə Oxu.Az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən bildirir.
Qeyd olunur ki, polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülür.
Bakının Nizami rayonunda yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, Babək prospektində yerləşən obyektlərdən biri yanır.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin “qaynar xətti”nə Bakı şəhəri, Babək prospektində obyektdə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:
“Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək”.