BAKIDA GÜCLÜ YANĞIN – Söndürülməsinə 2 helikopter cəlb olunub + VİDEObackend

BAKIDA GÜCLÜ YANĞIN – Söndürülməsinə 2 helikopter cəlb olunub + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyindən  bildirilib ki, yanğın “Ulduz” metro stansiyası yaxınlığında sexdə baş verib.Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Bildirilib ki, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində – metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizəyə cəlb olunub.

 

 

Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində – metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

 

 

 

***

Bakıda sexdə yanğın başlayıb. “Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.