Bakıda hoteldə faciə – ərəb qadın öldübackend

Bakıda hoteldə faciə – ərəb qadın öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda hotellərdən birində ölüm hadisəsi baş verib.

Editor.az  “Qafqazinfo”ya istinadən bildirir ki, Səbail rayonu, Şıxov qəsəbəsi Salyan şosesində yerləşən “Aysberg” hoteldə Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib.

Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib.

Ölüm faktı ilə əlaqədar Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.