Bakıda iki avtomobil toqquşub, xəsarət alan var – FOTObackend

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda qeydə alınan qəzada 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

20 Yanvar metrosu istiqamətində hərəkətdə olan “BMW” markalı minik avtomobilinin sürücüsü işıqforun yaşıl işığından keçmək üçün sürət həddini aşıb.

Nəticədə avtomobil eyni istiqamətdə hərəkət edən “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza zamanı bir nəfər xəsarət alıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Qəzanın səbəbləri araşdırılır.