Bakıda ikimərtəbəli evdə yanğın olub, ölən varbackend

Bakıda ikimərtəbəli evdə yanğın olub, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində ikimərtəbəli evdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Suraxanı rayonunda ümumi sahəsi 100 kvadratmetr (hər mərtəbəsi 50 kvadratmetr) olan ikimərtəbəli evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 kvadratmetr sahədə, ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.