Bakıda ilginc hadisə: Restoranda hesab əvəzinə qızıl qolbaq verən şəxs həbs olundubackend

Bakıda ilginc hadisə: Restoranda hesab əvəzinə qızıl qolbaq verən şəxs həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda məşhur restoranda yemək yeyib, hesabını qızıl qolbağı ilə ödəmək istəyən şəxslə bağlı poliasə şikayət olub.

Qaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsindəki “Hermes” restoranında baş verib.

2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olan Seymur Vəliyev (ad-soyad şərti) restoranda yeyib-içdikdən sonra hesabı ödəmək istəyib, amma üzərindəki pul kifayət etməyib. O həmin məbləğin əvəzinə restoran əməkdaşlarına qızıl qolbaq təklif edib. Lakin restoran əməkdaşları qolbağı qəbul etməyiblər və aralarında mübahisə yaranıb. Nəticədə “Hermes” restoranın administratoru Seymur barəsində polisə şikayət edib.