Bakıda işıqforun işləməməsini bildirmək üçün qeyri-adi “çıxış yolu” – FOTObackend

Bakıda işıqforun işləməməsini bildirmək üçün qeyri-adi “çıxış yolu” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Binəqədi rayonundakı işıqforlardan birinə naməlum şəxs tərəfindən üzərində “Qırmızı işləmir, ehtiyatlı olun” yazısı olan qeyd yapışdırılıb.

Editor.az.xəbər verir ki, buna səbəb işıqforun qırmızı işığının işləməməsi olub.

Məsələ sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkələrdə paylaşılan həmin görüntülərlə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, yaranan problemə səbəb həmin ərazidəki paylayıcılarda qısaqapanmaların olmasıdır:

“Fotolarda gördüyünüz işıqfor Binəqədi şossesində yerləşir. Həmin ərazidə elektrik paylayıcısında qısaqapanma baş verib. Nəticədə işıqforun bəzi hissələrində zədələnmələr olub. Bu səbəbdən də qırmızı işıq yanmır. Lakin hazırda işıqforun zədələnmiş hissələrinin dəyişdirilməsi üçün iş gedir”.