Bakıda işləməyən işıqfor ard-arda qəzalara səbəb olurbackend

Bakıda işləməyən işıqfor ard-arda qəzalara səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün səhər saatlarında Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində qeydə alınıb.

O da qeyd olunub ki, bu, sözügedən ərazidə baş verən ilk belə hal deyil. Səbəb isə yolda işıqforun işləməməsidir.

“İki aya yaxındır, ərazidə işıqfor işləmir. Bu yaxınlarda avtobusun iştirakı ilə oxşar qəza baş vermişdi. Orada da səbəb işıqforun işləməməsi idi”.

Hadisə yerindən görüntüləri təqdim edirik: