Bakıda itkin düşən 15 yaşlı məktəbli qan içində TAPILDIbackend

Bakıda itkin düşən 15 yaşlı məktəbli qan içində TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Bakının Qaradağ rayonunda 15 yaşlı Qəhrəmanov Murad Azər itkin düşüb.

Bizim.Media xəbər verir ki, yeniyetmə bu gün al-qan içində tapılıb.

Bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edilib ki, o, məhəlləyə çatanda özündən gedib. Bildirilib ki, 15-30 yaş aralığında 3 kişi tərəfindən qəbiristanlığa aparılan Murad döyülüb.

Başından çoxsaylı zərbələr alan məktəblinin vəziyyəti orta ağırdır.

Məlumat üçün bildirək ki, Murad Qəhrəmanov dünən saat 16:00 radələrində Lökbatan qəsəbəsində dərs hazırlığına getmək məqsədilə evdən çıxıb, lakin geri qayıtmayıb.

M.Qəhrəmanovun dərs hazırlığında olmaması məlum olub. Onun mobil telefonu bağlı olduğundan yaxınları yeniyetmə ilə əlaqə saxlaya bilməyiblər.