Bakıda kirayə bağ evləri bahalaşırbackend

Bakıda kirayə bağ evləri bahalaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda kirayə mənzillərin qiyməti bahalaşıb.

Editor.az bildirir ki, “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə bildirib ki, yanvar ayında Bakıda mənzillərin kirayəsi bazarında ay ərzində 2.41 faiz artım var. Ötən illə müqayisədə isə mənzillərin kirayə qiyməti 14.41 faiz azalıb.

Ekspert vurğulayıb ki, fərdi yaşayış və bağ evlərinin kirayəsində həm ay ərzində, həm də il ərzində artım qeydə alınıb.

Onun sözlərinə görə, ay ərzində 1.76 faiz, ötən illə müqayisədə isə 11.91 faiz artım müşahidə olunub.