Bakıda kişi ondan ayrılmaq istəyən sevgilisini öldürüb sonra isə… — Qətlin ŞOK TƏFƏRRÜATIbackend

Bakıda kişi ondan ayrılmaq istəyən sevgilisini öldürüb sonra isə… — Qətlin ŞOK TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını qətlə yetirməkdə təqsirli bilinən Fərhad Abışovun cinayət işi.
Hadisə Səbail rayonunda qeydə alınıb. 57 yaşlı, Ağsu rayonunda qeydiyyatda olan Abışov Fərhad Cəlal oğlu qısqanclıq zəmindən qeyri-rəsmi münasibətdə olduğu 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızını bıçaqlayıb. Qadın çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Fərhad Abışov daha sonra Səbail rayonunda qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Onunla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Bölməyə aparılan Fərhad Abışov etiraf edib ki, təxminən bir saat əvvəl sevdiyi qadını bıçaqlayıb.

Səbail Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla müəyən edilib ki, hadisə baş verən günü Bayıl qəsəbəsi Arif İsmayılov küçəsində Fərhad sevgilisi Kəmalə ilə görüşüb. Görüş zamanı sonuncu ondan ayrılmaq istədiyi bildirib. Bu səbəbdən Fərhad sevgilisini öldürmək qərarına gəlib və üzərində gəzdirdiyi bıçaqla Kəmalə Mikayılovanın bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq onu qəsdən həyatdan məhrum edib.

Təqsirləndirilən şəxs qismində dindirilən Fərha Abışov ifadəsində bildirib ki, 2016-cı ilin yanvar ayında sosial şəbəkədə Kəmalə Mikayılova ilə tanış olub. Sonra bir-birlərinə telefon nömrələrini verib, yazışmağa başlayıblar. Kəmalə ona ailəli və üç övladının olduğunu deyib.

Tanış olandan 15-gün sonra səhər saatlarında Bayıl qəsəbəsində görüşüblər. Bir-birilərini çox sevdiklərindən evlənməyə qərar veriblər.
Fərhad rayonda olarkən yoldaşı mobil telefonunda Kəmalə ilə olan şəkilərini görüb. Ona görə aralarında söz-söhbət yaranıb. Bundan sonra Kəmalənində ailə üzvləri onların müasibətlərindən xəbər tutublar.

2019-cu ilin yanvar ayında Fərhadın həyat yoldaşı Aynurə alimentlə bağlı Ağsu rayon məkəməsinə müraciət edib və may ayından hər övladı üçün 110 manat məbləğində aliment ödənilməsi barədə qərar qəbul olunub.
Mayın 31-də Fərhad Kəmalə ilə görüşəndə artıq ailəsinin dağıldığını bildirib və sevgilisinə onunla evlənməyi təklif edib. Kəmalə isə ona uşaqlarına görə boşana bilməyəcəyini deyib.

Bir müddət sonra yenədə söhbət etmək üçün Kəmalənin yaşadığı əraziyə gedib. Kəmalə evdən çıxan zaman ona yaxınlaşıb və birlikdə qarşı məhəlləyə keçib orada söhbət ediblər.

Fəhad ona niyə görə belə etdiyini və ona görə ailəsinin dağıldığını deyib. Kəmalə isə yenədə ondan ayrılmaq istədiyi bildirib.

Bu zaman Fərhad üzərində gəzdirdiyi bıçaqla Kəmalənin döş qəfəsinə və kürək nahiyyəsinə dəfələrlə zərbələr enidirib. Kəmalə qışqıraraq yola tərəf qaçıb. Fəhad sevgilisinin öldüyünü düşünüb və yeni tikilinin yanında olan qaldırıcı kranına çıxıb özünü ordan atmaq istəyib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Onunla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Məhkəmə prosesi zaman Fərhad Abışov özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə 1982-ci il təvəllüdlü Fərhad Abışov 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

//Olke.az