Bakıda küçədə qadınlara sillə vuraraq qaçan şəxsdən YENİ XƏBƏRbackend

Bakıda küçədə qadınlara sillə vuraraq qaçan şəxsdən YENİ XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal Rayon Məhkəməsi qadınlara qarşı xuliqanlıq hərəkətləri törədən Əhməd Hüseynov barəsində qərar çıxarıb.

Editor.az  “Report”a istinadən bildirir ki, məhkəmənin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, paytaxtın Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Ə.Hüseynov bur neçə gün əvvəl ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədib.

Belə ki, o, bir neçə qadına küçədə sillə vuraraq qaçıb. Daha sonra Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.