Bakıda külək güclənib, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVAbackend

Bakıda külək güclənib, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti haqqında məlumat açıqlanıb.

Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib.

Narıncı xəbərdarlığa uyğun olaraq, şimal-qərb küləyi arabir Şəkidə 28 m/s, Laçında 24 m/s, Oğuzda 23 m/s, Tərtərdə 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 19 m/s, Kəlbəcərdə 21 m/s, Zəngilan, Bərdədə 20 m/s, Mingəçevir, Naftalan, Daşkəsəndə 18 m/s, Ağdam, Şəmkir, Göygöl, Gədəbəydə 16 m/s-dək güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü dörd metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-də 7, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.