Bakıda maşın dərəyə aşdı, sürücü öldübackend

Bakıda maşın dərəyə aşdı, sürücü öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Editor.az baku.ws-ə istinadən bildirir ki, Bakı Dairəvi Yolunda “NAZ Lifan” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın dərəyə aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Orxan Zahir oğlu Hacıyev hadisə yerində ölüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasedicilər, yol polisləri cəlb olunub. Maşının sürücüsünün meyidi deformasiyaya uğrayan maşından çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.