Bakıda məhbus daşıyan polis maşını qəzaya düşdü – VİDEObackend

Bakıda məhbus daşıyan polis maşını qəzaya düşdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda polis mikroavtobusu qəzaya düşüb.

Hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində baş verib. Belə ki, Daxili İşlər Nazirliyinə məxsus məhbus daşıyan avtomobil “KİA” markalı maşınla toqquşub. Avtomobillərdən biri yol kənarında olan işıq dirəyinə çırpılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə “KİA” markalı avtomobilin yol hərəkəti qaydalarını pozması səbəbindən baş verib. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. (unikal.org)