Bakıda məktəbdə kütləvi dava: “Şagird bıçaq gəzdirir” – VİDEObackend

Bakıda məktəbdə kütləvi dava: “Şagird bıçaq gəzdirir” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub. Dava 5 və 15-16 nəfərlik iki qrup arasında meydana gəlib.

Editor.az bildirir ki, bununla bağlı metbuat.az-a valideyn şikayət edib. O bildirib ki, davanı “təşkil edən” 9-cu sinif şagirdi, Məhərrəm adlı şəxs dəfələrlə onun 7-ci sinifdə oxuyan oğluna sataşıb:

“Dava 2 gün əvvəl olub. Bir neçə dəfə sataşıb oğluma. Sonuncu dəfə digər şagirdləri də yığaraq üstünə gəlib. Başından zərbələr endiriblər. Həmin uşaq bıçaq gəzdirir, məktəbin problemli şagirdlərindən biridir. Polisə müraciət etmişik, hələki bir tədbir görülməyib”.

Valideyn bildirib ki, həmin şagird bıçaq gəzdirdiyinə görə, məktəb rəhbərliyi və müvafiq qurumlar tərəfindən hələ tədbir görülmədiyi üçün, uşağı dərsə göndərməyə qorxur.

Qeyd edək ki, həmin şagird davaya getdikləri görüntüləri çəkərək “TikTok” hesabında paylaşıb.

Məsələ ilə bağlı 188 saylı məktəbin direktoru ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Mövzunu diqqətdə saxlayacağıq.