Bakıda məktəbin hasarı uçdu, tədris müvəqqəti dayandırıldıbackend

Bakıda məktəbin hasarı uçdu, tədris müvəqqəti dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müşahidə edilən yağıntılı hava şəraiti səbəbindən Bakının 123 nömrəli tam orta məktəbinin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.

Məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib:

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb.