Bakıda mənzildə meyit tapılıbbackend

Bakıda mənzildə meyit tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mənzildə kişi meyiti tapılıb.

Editor.az xəbər verir ki, APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Cəfərov Emin Muradxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.