Bakıda mənzillər bahalaşacaq?backend

Bakıda mənzillər bahalaşacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayılan məlumatlara görə, Bakı şəhərində ilkin olaraq 65 binanın sökülməsi planlaşdırılıb. Həmin binaların bir çoxu qəzalı vəziyyətdədir.

Binaların sökülməsi mənzillərin qiymətinin bahalaşmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, paytaxtda binaların sökülməsi mənzil bazarında qiymətlərə təsir etmir.

“Lakin yeni tikilən binalardakı mənzillərə qoyulan qiymət bazara təsir edir. Hansı ərazidə binalar sökülürsə, onun yerində tikilənlərə qoyulan qiymət məsələsi burada həlledicidir. Əgər tikinti şirkəti qiymətqoyma zamanı fantastik qiymət siyasəti həyata keçirəcəksə, bu, qiymət artımına səbəb olacaq.

Qiymətləri bahalaşdıran səbəblərdən də biri köhnə evlərin sökülməsi, oradan yaşayanların köçürülməsi, kirayə pullarının, vətəndaşlara yeni tikilən binalardan mənzillər verilməsinin şirkət tərəfindən ödənilməsidir”.

Bakının mənzil bazarındakı hazırkı vəziyyətə toxunan ekspert bildirib ki, hazırda durğunluqdur.

“Hazırda tələb yaradan hadisə yoxdur. Qarşıda ipoteka kreditlərinin verilməsinə başlanması gözlənilir. Bu proses başlayanda bazarda dinamika müşahidə olunacaq. Əvvəlki illərdə mənzillərin bahalaşmasının səbəbi iqtisadi deyildi. Buna misal olaraq Ukrayna-Rusiya müharibəsini göstərmək olar. Bu müharibədən sonra da mənzilə tələb artıb. Tələbi süni artıran müəyyən təsirlər olmasa, ciddi qiymət bahalaşması müşahidə olunmayacaq”,- deyə ekspert qeyd edib.