Bakıda məşhur liseydə 11 nəfər qızılcaya yoluxub? – FOTObackend

Bakıda məşhur liseydə 11 nəfər qızılcaya yoluxub? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyi bir sinifdə 10 şagird və bir müəllim qızılcaya yoluxması barədə yayılan xəbərlərə münasibət bildirib.

Liseydən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar doğru deyil:

“Bir sinifdə 10 şagirdin qızılcaya yoluxması haqqında məlumat həqiqətə uyğun deyil. Ümumiyyətlə, məktəb üzrə indiyədək doqquz şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtlarda və ayrı-ayrı siniflər üzrə) qeydə alınıb.

Qeyd edək ki, son günlər ölkədə qızılcaya yoluxma halları artıb.