Bakıda minik avbtomobili ilə yük maşını toqquşub, ölən varbackend

Bakıda minik avbtomobili ilə yük maşını toqquşub, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Editor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Lökbatan qəsəbə sakini Y.Qurbanovun idarə etdiyi “VAZ-2107” markalı minik və Masallı rayon sakini Y.Rəhmanovun idarə etdiyi “İsuzu” markalı yük avtomobilləri toqquşub. Qəza nəticəsində Y.Qurbanovun sərnişini Qaytən Piriyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.