Bakıda minik avtomobili “Kamaz”la toqquşub, ölən varbackend

Bakıda minik avtomobili “Kamaz”la toqquşub, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Atakişiyev Hümmət Baba oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ilə A.Salamzadə küçələrinin kəsişməsində İsmayılov Hüseyn Əli oğlunun idarə etdiyi “Kamaz” markalı avtomobillə toqquşub. Nəticədə “Lada Priora” markalı avtomobildə olan 2002-ci təvəllüdlü sərnişin Cəfərov Pərvin Pərviz oğlu ölüb. Avtomobildəki digər sərnişinlər Sadıqov Elmin İlham oğlu və Heydərli Fərid Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlayıb.

Milli.Az