Bakıda nənə və nəvəsini maşın vurdubackend

Bakıda nənə və nəvəsini maşın vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Mayın 6-da saat 15:00 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsinin Babək küçəsində yolu keçən qəsəbə sakinləri Kübra Mahmudova və onun azyaşlı nəvəsi Nurayı avtomobillə vurub qaçan sürücü tutulub.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in “Təhlükəsiz Şəhər” Xidməti və Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Qəbələ RPŞ-nin əməkdaşları ilə birgə keçirilmiş tədbirlərlə xəsarətlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Şəki rayon sakini Xaləddin Cəmilov Qəbələ rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakının Sabunçu rayonunda nənə və nəvəsini maşın vurub.

Hadisə Zabrat qəsəbəsində baş verib. Qəza zamanı 1958-ci il təvəllüdlü Mahmudova Kübra Kərim qızı və 2014-cü il təvəllüdlü Həsənli Nuray müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Kübra Mahmudovaya qolun sınması, Həsənli Nuraya isə qarının küt travması diaqnozu qoyulub. Onlara ilkin tibbi yardım göstərilib.

//Oxu.Az