Bakıda obyekt sahibi karantin rejimini kobud şəkildə pozdu – VİDEObackend

Bakıda obyekt sahibi karantin rejimini kobud şəkildə pozdu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda şirniyyat mağazasının karantin rejimi qaydalarını kobud şəkildə pozduğuna dair video yayılıb.

Belə ki, görüntülərdə şəhərin mərkəzində, Nizami küçəsində yerləşən “D’oro” adlanan mağazanın Nazirlər Kabinetinin qərarına əsasən, tətbiq edilən karantin rejiminə məhəl qoymadan vətəndaşlara yerində xidmət göstərdiyi görünür.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın son məlumatına əsasən, koronavirusa yoluxma hallarının artması ilə əlaqədar həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən, aptek və ərzaq mağazaları istisna olmaqla, şənbə və bazar günləri digər bütün sahələr üzrə yerində xidmətlər 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək dayandırılıb.

Həmin görüntüləri təqdim edirik: