Bakıda ofisdə faciəli şəkildə ölən Rasif İbrahimovun görüntüsü yayılıb.
Oxu.Az həmin fotonu təqdim edir:
Dünən axşam saatlarında paytaxtın Səbail rayonunda yerləşən inzibati binalardan birində bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, saat 19 radələrində “Azərneftkimyamaş” ASC-də işləyən Sumqayıt şəhər sakini 1991-ci il təvəllüdlü Rasif İbrahimovu elektrik cərəyanı vurub.
O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.