Bakıda oğlan gecə yarısı “Tik-tok”da canlı yayıma çıxan sevgilisini döydü – DETALLARbackend

Bakıda oğlan gecə yarısı “Tik-tok”da canlı yayıma çıxan sevgilisini döydü – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1987-ci il təvəllüdlü Seymur Nəcəfov “Tik- tok” sosial şəbəkəsində canlı yayım açan sevgilisi Xumara (adlar şərti verilib – red.) xəsarətlər yetirib.

Editor.az bizim.media-ya istinadən xəbər verir ki, hadisə bu ilin fevralın 22-də Sumqayıt şəhərində baş verib.

Hadisə ilə bağlı açılan cinayət işi üzrə ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sumqayıt şəhərində ailəsi ilə birlikdə yaşayır:
“Xumar tüfeyli həyat tərzi keçirib. Onunla aramızda təxminən 3-4 aya yaxındır ki, qeyri-rəsmi münasibət var. Son zamanlar Xumarın yüngül həyat tərzinin olması, spirtli içkilər qəbul etməsi məni narahat etdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə fevralın 22-də gecə radələrində “Tik-Tok” sosial şəbəkəsində Xumarın canlı video açdığını görüb:

“Buna əsəbiləşdim, ona zəng etdim. Xumar zəngimi açan zaman onun harada olmasını soruşdum. Xumar isə Xırdalan şəhəri, Qurtuluş massivində adını dəqiq bilmədiyi bir kafedə oturduğunu bildirdi. Bundan sonra həmin kafeyə getdim. Orada Xumarın spirtli içkinin təsiri altında olduğunu gördüm. Ona maşına oturmağını bildirdim. Xumar maşına oturmamaq üçün israr etdi. Lakin mənim israrlarımdan sonra maşına əyləşdi”.

Seymurun ifadəsinə görə, onlar Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən parkın yanına gəliblər:

“Yolda olarkən Xumar ünvanıma nalayiq küçə söyüşləri söydü. Bu zaman parkda heç kəsin olmadığını gördüm və Xumardan maşını tərk etməsini bildirdim. O, maşından düşən zaman isə əsəbiləşdim və hücum çəkdim. Üz və bədən nahiyəsinə yumruqla bir neçə dəfə zərbə vurdum. Zərbələrin təsirindən Xumar yerə yıxıldı. Sonra onu ayağa qaldırdım. Xumar hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdi. Bundan sonra isə polis əməkdaşları hadisə yerinə gəldi. Bizi polis bölməsinə apardılar”.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Seymurun barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.