Bakıda övladını qoruyan atanı avtomobil vurdubackend

Bakıda övladını qoruyan atanı avtomobil vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Editor.az APA-ya istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsində poçt mərkəzinin qarşısında baş verib.

Belə ki, 1986-ci il təvəllüdlü Əhmədov Akaş Rəfael oğlu azyaşlı övladı ilə birgə yolu keçərkən onun övladı qəfil şosseyə çıxıb. Ata öz övladını qorumaq üçün avtomobilin qarşısına qaçıb. Nəticədə A.Əhmədovu maşın vurib. O, sol baldır sümüyünün sınığı diaqnozu ilə Travmatolpgiya İnstutuna yerləşdirilib.