Bakıda özəl klinikada ərəb turist öldübackend

Bakıda özəl klinikada ərəb turist öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda özəl klinikada ərəb turist ölüb.

“Report” xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib.

Belə ki, Bakıda hotellərin birində qalan Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı 1998-ci il təvəllüdlü Almadui Muteb Saeedin iyulun 26-da günorta saatlarında vəziyyəti pisləşib.

O, klinikaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.