Editor.az xəbər verir ki, görüntülərdən biri ” Avtosfer”in kamerasına düşüb.
Belə ki, “Tarqovı” kimi tanınan ərazidə – “İSR Plaza”-nın qarşısında adi geyim formasında olan bir nəfər yolun soluna tumbalar qoyaram yeri zəbt edib.
Bir qədər sonra həmin küçədən keçən sürücülərdən biri harada maşın saxlamaq olar deyə sual verdikdə həmin şəxs dərhal yaxınlaşıb nə qədər dayanacağını soruşur. Sürücü “yarım saata gəlirəm” dedikdə, həmin şəxs “2 manat verərsənsə burda saxla” deyir. Sürücü razılıq verir və həmin şəxs tumbaları kənara çəkərək maşının orada park edilməsinə şərait yaradır.
Görüntüləri təqdim edirik:

