Bakıda polis rəisinin müavini qəfildən dünyasını dəyişibbackend

Bakıda polis rəisinin müavini qəfildən dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Nizami Rayon Mühafizə İdarəsinin rəis müavini, polkovnik-leytenant Elşad Rəcəbov qəfildən vəfat edib.

Hadisə bu gün səhər saatlarında baş verib. Məlumatda bildirilir ki, 49 yaşlı polkovnik-leytenant bu gün səhər tezdən özünü pis hiss etdiyi üçün həkim müayinəsinə gedib və orada da dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məlumatı APA-ya DİN-nin mətbuat xidmətindən təsdiqləyiblər.