backend

Bakıda polis zabiti restoranda öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda restoranda ölüm hadisəsi baş verib.
Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Həsənoğlu küçəsində yerləşən restoranda qeydə alınıb.
Restorandakı müştərilərdən biri, 1962-ci il təvəllüdlü Rövşən Kamil oğlu Abbasov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.
R.Abbasov təqaüddə olan polis zabitidir.
Faktla bağlı araşdırma aparılır.
///APA