Bakıda “Prius” ağır qəzaya uğradı: 4 nəfər ölüb, 1 nəfər yaralanıb – YENİLƏNİB + VİDEObackend

Bakıda “Prius” ağır qəzaya uğradı: 4 nəfər ölüb, 1 nəfər yaralanıb – YENİLƏNİB + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nizami rayonunda yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, “Toyota” və “Mercedes” markalı iki minik avtomobili toqquşub, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

14:42

Bakıda ağır yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib:

“Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib”.

14:38

Bakıda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

APA xəbər verir ki, hadisə Heydər Əliyev Prospektində, Şəfa stadionun yaxınlığında qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı “Toyota Prius” və “Mercedes” avtomobilləri toqquşub:

“İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə “Mercedes”in manevr qaydalarını pozması nəticəsində baş verib. Belə ki, “Koroğlu” metrosu istiqamətində “Mercedes” markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun ortasına düşüb. Arxadan gələn “Toyota Prius” avtomobili “Mercedes”ə çırpılıb. Üç nəfər hadisə yerində ölüb. “Toyota Prius”un içində olanlar təcili xəstəxanaya aparılıb. Onların vəziyyəti ağırdır”.

13:34

Bakıda ağır yol qəzası olub, üç nəfər ölüb.

“Report” xəbər verir ki, hadisə Nizami rayonunda, “Şəfa” stadionu yaxınlığında qeydə alınıb.

Qəza “Toyota Prius” və “Mercedes C Class”ın iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

13:20

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə “Toyota Prius” və “Mercedes C Class”ın iştirakı ilə qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində insan itkisi var.