Bakıda qadından şok əməl… – Beynəlxalq Bankın sədr müavinini belə aldadıbbackend

Bakıda qadından şok əməl… – Beynəlxalq Bankın sədr müavinini belə aldadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində bank əməkdaşlarına qarşı külli miqdarda dələduzluq edən qadının məhkəməsi davam etdirilir. Musavat.com xəbər verir ki, cinayət məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinən Səməndərova Nuran Davud qızının məhkəmə prosesi hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilir.

Cinayət işində 4 nəfər zərərçəkən qismində tanınıb ki, onlardan biri də Beynəlxalq Bankın sədr müavini Qədimov Emil Rəc oğludur.

 

Qədimov Emil

 

Xatırladaq ki, 1989-cu il təvəllüdlü Nuran Səməndərova özünü Dövlət Miqrasiya Xidmətinin əməkdaşı kimi təqdim edərək banklardan küllü miqdarda pul götürüb. Həmçinin telefon dükanlarından da xeyli sayda bahalı telefonlar götürərərək pullarını ödəməyib.

4 ilə yaxındır mobil telefonların pərakəndə satışını həyata keçirən Teymur Kərimov müştərilərindən biri olan İlqar adlı şəxsin (Təhməzov İlqar Əbülfəz oğlu) vasitəsilə Nuran Səməndaərova (Səməndərova Nuran Davud qızı) ilə tanış olub.

Bu xanım da öz növbəsində tez-tez Teymurdan bahalı telefonlar alıb və nəğd pulunu ödəyib. T.Kərimov deyir: “Nuran Dövlət Miqrasiya Xidmətində işlədiyini deyirdi. Və iş yoldaşlarının da telefon istədiklərini, lakin pulunu bir neçə dəfəyə ödəyəcəklərini bildirdi. Həm İlqarın tanışı, həm də dövlət qulluqçusu olduğunu nəzərə alaraq, ona inandım. O da iş yoldaşları olduğunu bildirdiyi şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edərək, məndən nisyə telefonlar götürməyə başladı.

Əvvəl ayda 3-5 telefonla başlayan Nuran, qısa müddət sonra ay ərzində götürdüyü telefonların sayını 26-28 ədədə çatdırdı. Və bu telefonlar da bir qayda olaraq, 1400-1600 manat dəyərində olan “Ayfon”lar idi.

Hər telefon üçün də ayrıca bir şəxsiyyət vəsiqəsi təqdim edir, bu şəxslərin Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi və digər qurumlarda işlədiyini bildirirdi. Mən də inanırdım, çünki söhbət dövlət qulluqçularından gedirdi və Nuran bu adamlara aid borcları dediyi vaxtda ödəyirdi. Ancaq sən demə, bunun başqa məqsədləri varmış”.

Sonradan məlum olur ki, bu şəxslərin hər hansı dövlət qurumu ilə əlaqəsi yoxdur. Onların şəxsiyyət vəsiqələri isə T.Kərimovun ehtimalına görə, Nuranın “Unibank”da işləyən bacısı Nigar tərəfindən banka aid müştərilərin sənədləri arasından ələ keçirilib.