Bakıda qadını fotoları ilə şantaj etdilərbackend

Bakıda qadını fotoları ilə şantaj etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadını şantaj edən şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini olan bir qadın aprelin 27-də tanışının onun şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 200 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Sultanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.