Bakıda qadının iki övladı ilə özünü beşinci mərtəbədən atması ilə bağlı yeni DETALLAR – YENİLƏNİB + VİDEObackend

Bakıda qadının iki övladı ilə özünü beşinci mərtəbədən atması ilə bağlı yeni DETALLAR – YENİLƏNİB + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saatlarında iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atan qadınla bağlı bəzi detallar məlum olub.

Belə ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib.

Məlum olub ki, qadın intihara cəhddən əvvəl qayınanası ilə mübahisə edibmiş.

Özünü evin eyvanından atan 1997-ci il Aytən Abbasova Marif qızı və 4 yaşlı Sofiya Abbasova xəstəxanaya yerləşdiriliblər.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova dünyasını dəyişib.

İntiharın dəqiq səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.

Qeyd olunub ki, qadının əri Rusiyada yaşayır.

Daha ətraflı Baku TV-nin süjetində:

01:21

Bakıda qadın iki uşağı ilə birlikdə intihar edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yasamal Yaşayış Kompleksində baş verib.

Belə ki, ana iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən atıb. Ana, eləcə övladlarından biri sağ qalsa da, digər uşaq hadisə yerində keçinib.

Hadisə yerinə iki təcili yardım briqadası çağırılıb.

İntiharın dəqiq səbəbi bilimir.

Faktla bağlı araşdırma aparılır.