Bakıda qadınlar evə basqın edib, xəsarət alan var – VİDEObackend

Bakıda qadınlar evə basqın edib, xəsarət alan var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda evə basqın edilib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində yaşayan vətəndaş DİN-in “102” Xidməti-Zəng Mərkəzinə məlumat verərək bildirib ki, 25 may 2021-ci il tarixində gecə saat 04 radələrində evinə daxil olan 2 nəfər naməlum şəxs onun bədəninin müxtəlif nahiyyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirib quldurluq yolu ilə əmlakını ələ keçirməyə çalışıblar.

 

Hadisə ilə bağlı dərhal Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Səma Əsədova və paytaxt sakini Dilək İbrahimova saxlanılıb.

 

Hər iki şəxs törətdikləri hadisəni etiraf edib. Hadisə zamanı Səma Əsədova və Dilək İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus “Mitsubishi” markalı avtomobilin açarlarını götürüblər.

 

Editor.az