Bakıda qanunsuz hərəkətlər edən motosiklet sürücüsü cəzası bəlli oldu – YENİLƏNİB + VİDEObackend

Bakıda qanunsuz hərəkətlər edən motosiklet sürücüsü cəzası bəlli oldu – YENİLƏNİB + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda küçədə motosikletlə qanunsuz hərəkətlər edən şəxs barədə məhkəmə qərar çıxarıb.

Editor.az-ın məlumatına görə, məhkəmə qərarına əsasən, sürücü Əli Hidayətzadəyə 15 sutka müddətinə inzibati həbs cəzası verilib.

Habelə, Ə.Hidayətzadə bir il müddətinə sürücülük hüququndan məhrum edilib.

10:54

Bakıda sosial şəbəkələrdə yayılan videoda motosiklet sürücüsünün qanunsuz hərəkətləri ilə bağlı polis araşdırma aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Editor.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində həmin şəxsin kimliyi müəyyənləşib.

Məlum olub ki, həmin şəxs 99-C-734 nömrəli motosikleti idarə edən Əli Hidayətzadə olub.

O, səhvini etiraf edib.

Ə.Hidayətzadə barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Onun barəsində qərarı məhkəmə verəcək.