Bakıda qar daha bir qəzaya səbəb oldu – VİDEObackend

Bakıda qar daha bir qəzaya səbəb oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarlı hava Bakıda fəsadlar törətməkdə davam edir.

Trend-in məlumatına görə, yolların qarlı olması səbəbindən avtomobil qəzaları davam etməkdədir.

Onlardan biri də, bu gün səhər Bakı dairəvi 1 yolunda, Lökbatan istiqamətində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü yolun qarlı olması səbəbindən idarəetməni itirərək yol kənarına çırpılıb. Ətrafdakı insanların köməyi ilə sürücü maşından çıxarılaraq ilkin yardım göstərilib.