Bakıda qara bayraq qaldıran şəxs həbs edilib.
Kərbəlayı Aqşin Fərəcov Bakıda, yaşadığı evin həyətində qara bayraq qaldırıb.
Mouzənin məlumatına görə, əraziyə gələn polis əməkdaşları bayrağı endirib və Aqşin Fərəcovu həbs ediblər.
Editor.az lent.az-a istinadən bildirir ki, Aqşin Fərəcov narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir.
Qeyd edək ki, Aqşin Fərəcov Seyyidə Şəhlanın həyat yoldaşıdır.

