Bakıda qaydaları pozan “Ferrari” sürücüsü SAXLANILIB – VİDEObackend

Bakıda qaydaları pozan “Ferrari” sürücüsü SAXLANILIB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qaydaları kobud şəkildə pozaraq avtobus zolağı ilə hərəkət edən “Ferrari” markalı avtomobilin sürücüsü saxlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsindən məlumat verilib.

Qeyd olunub ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.

“Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, “Ferrari” markalı avtomobilin şəhərin mərkəzi prospektlərindən birində qaydaları kobud şəkildə pozması sosial şəbəkədə müzakirə mövzusu olmuşdu.