Bakıda qeyri-steril şəraitdə prosedur: Həkim pasiyentinin çılpaq görüntüsünü paylaşdıbackend

Bakıda qeyri-steril şəraitdə prosedur: Həkim pasiyentinin çılpaq görüntüsünü paylaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mammoloq-radioloq Günel Qəmbərova qeyri-steril şəraitdə işlədiyi məkanda pasiyentinin çılpaq görüntüsünü sosial media hesabında paylaşıb.

Oxu.Az xəbər verir ki, videoda həkimin maskasız, mahnı sədası altında oynayaraq, arada əlcəyinə öskürdüyü, pasiyentdən bu şəkildə biopsiya nümunəsi götürdüyü, həmin anlarda pasiyentinin intim əzalarının üzərinin bağlanmadığı əks olunub.

Bu görüntülər sosial media istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bir qisim istifadəçi peşə etikası cəhətdən pasiyentin əzalarının açıq şəkildə paylaşılmasını doğru hesab etməyib, eyni zamanda, prosesin qeyri-steril mühitdə aparıldığına diqqət çəkilib.