Bakıda qıza görə gənc oğlanı qətlə yetirən şəxslə bağlı YENİ DETALLARbackend

Bakıda qıza görə gənc oğlanı qətlə yetirən şəxslə bağlı YENİ DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 26-da paytaxtın Nərimanov rayonunda baş verən silahlı insidentdə qətlə yetirilən Tural Kosayevlə cinayətkar İsmayıl Allahverdiyev həmkəndli olublar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hər iki şəxs Qazax rayonunun Daş Salahlı kəndindədir.

Bundan başqa, İ.Allahverdiyev müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.

İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.