Bakıda silahlı şəxs belə SAXLANILDI – VİDEO – FOTObackend

Bakıda silahlı şəxs belə SAXLANILDI – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda daha bir silahlı şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində Masallı rayon sakini əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ziya Ağayev saxlanılıb.
Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Z.Ağayev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.