Bakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölübbackend

Bakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölüb.

Editor.az “Report”a istinadən bildirir ki, hadisə yanvarın 18-də paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi və “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə E.Eyvazov, onun sərnişinləri – 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.