Bakıda sıxlıq müşahidə edilən yollar – SİYAHIbackend

Bakıda sıxlıq müşahidə edilən yollar – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sıxlıq olan yollar açıqlanıb.

Editor.az Daxilii İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, aşağıdakı yollarda sıxlıq müşahidə edilir:

1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

4. “20 Yanvar” dairəsində;

5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

6. Tbilisi prospekti, hər iki istiqamətdə;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

9. 28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

14. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.