Bakıda taksi sürücüsünün səhvi türkiyəli gəncin həyatına son qoydu – ANBAAN VİDEObackend

Bakıda taksi sürücüsünün səhvi türkiyəli gəncin həyatına son qoydu – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində Türkiyə vətəndaşı, 19 yaşlı Furkan Halvalı dünyasını dəyişib.

Oxu.az-a daxil olan videogörüntüdə ağ rəngli taksi avtomobilinin motosiklet sürücüsünü sıxışdıraraq aşırdığı və gəncin yıxılan zaman başının bordürə dəydiyi əks olunub. Bildirilib ki, yıxılan gənc həyatını itirib.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə noyabrın 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

“Türkiyə Respublikası vətəndaşı Furkan Halvalının motosiklet qəzasında həyatını itirməsi faktına görə başlanan cinayət işi nəzarətə götürülüb. Hazırda cinayət işi üzrə Yasamal Rayon Polis İdarəsində istintaq hərəkətləri aparılır, iş üzrə ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsinə əsasən qanunvericiliyə uyğun qərar qəbul ediləcək”, – deyə açıqlamada bildirilir.

Mərhum Furkan Halvalının anası Kezban Halvalı Oxu.Az-a açıqlamasında bildirib ki, protokollarda hadisəni törədən avtomobillə əlaqəli heç bir şey yoxdur.

“Əlimizdə olan videogörüntüdən də hadisənin özbaşına yox, “Bolt” şirkətinə məxsus taksi tərəfindən törədildiyi açıq-aşkar görünür. Görüntüdə isə qəza anını görürük, qəza öncəsini, təəssüf ki, görmürük. Hadisənin niyə baş verməsi haqqında heç bir məlumatımız yoxdur. Şübhə içindəyik. Bəlkə həmin insan onu izləyib, bəlkə də yolda hansısa münaqişə yaşayıblar. Oğlumun yaşadığı evlə hadisə baş verən yerin arası cəmi üç dəqiqəlik məsafə var. Nə baş veribsə, bu aralıqda baş verib. Yaşadığımız bu çətin anlara rəğmən Azərbaycanın ədalətinə güvənmək istəyirik. Bizim övladımız getdi, gəlməz, istəyimiz günahkarın cəzasını çəkməsidir”, – deyə K.Halvalı bildirib.