Bakıda taksilərin sayı 50 faiz azaldılıb – RƏSMİbackend

Bakıda taksilərin sayı 50 faiz azaldılıb – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Bakıda 35 minə yaxın taksi fəaliyyət göstərir”.

Editor.az  xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, əvvəl Bakıda 67-70 min taksi fəaliyyət göstərirdi.

“Taksi sahəsində aparılan tənzimləmələrdən sonra elektron sistem üzərindən əldə etdiyimiz məlumata görə, 35 min taksi fəaliyyət göstərir. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, – deyə nazir müavini qeyd edib.