Bakıda ticarət obyektlərində baş verən yanğın söndürüldü – YENİLƏNDİ – 2backend

Bakıda ticarət obyektlərində baş verən yanğın söndürüldü – YENİLƏNDİ – 2

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nərimanov rayonunda, “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb.

Editor.az xəbər verir ki, hazırda yanğınla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.

 

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın lokallaşdırılıb.

Pravda.az-ın məlumatına görə, hazırda soyutma işləri aparılır.

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğınla bağlı məlumat yayıb.

Pravda.az xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.