Bakıda translar polis bölməsinə hücum etdi – DİN-dən AÇIQLAMAbackend

Bakıda translar polis bölməsinə hücum etdi – DİN-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonunda iki şəxs polis bölməsinə hücum edib.

sosial şəbəkələrdə yayılan məlumata görə, iki nəfər Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsinə hücum edib. Onlar Əli və Zaur adlı trans olublar.

Hadisə barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Metbuat.az-a bildirib ki, onlar barədə qanunauyğun şəkildə tədbir görülüb.

“Həmin şəxslərin qanunsuz hərəkətləri ilə bağlı 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən (xırda xuliqanlıq) protokol tərtib olunub.Digər qanunsuz hərəkətlərinin xüsusatları ilə bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır” deyə Elşad Hacıyev qeyd edib.